SOSİUM

Azərbaycanda ali məktəbələrə sənəd qəbulu başladı
29 MART
163

Azərbaycanda ali məktəbələrə sənəd qəbulu başladı

2018-03-29 11:36:00

Bu gündən Azərbaycanda 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu başlayır. 
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, əizə qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.
Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

İkinci imtahan I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək.

V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273