SOSİUM

Ölkə ərazisində toz-dumanı müşahidə olunur
29 MART
258

Ölkə ərazisində toz-dumanı müşahidə olunur

2018-03-29 10:51:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 29-30 mart 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı Departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259