SOSİUM

Əflatun Amaşovdan qəzetlər üçün sevindirici TƏKLİF
16 MART
202

Əflatun Amaşovdan qəzetlər üçün sevindirici TƏKLİF

2018-03-16 17:06:00
"Ölkəyə gətirilən qəzet kağızı üzərində əlavə dəyər vergisindən azad olunmalıdır. Əvvəllər bu vergi tətbiq edilmirdi. Amma bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb. Əslində bu vergi dövlət büdcəsinə elə də böyük gəlir gətirmir, bu rəqəm təxminən yarım milyona qədərdir”.
Fins.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, əlavə dəyər vergisi medianın iqtisadi durumuna mənfi təsir edir.
"İndiki şəraitdə medianın iqtisadi durumu və yerinə yetirdiyi ictimai missiya mütləq nəzərə alınmalıdır. Missiya yalnız ictimai deyil, həm də stratejidir. Hər hansı qəzet nəşrini dayandırırsa, ölkəmizin informasiya savaşında mövqeyi zəifləyir. Bu məsələnin reallaşması ümün hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267