SOSİUM

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb
06 MART
222

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

2018-03-06 12:39:00

Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-Çağrı mərkəzləri-nə 16 423 müraciət daxil olub.

Bu barədə Fins.az-a Nazirlikdən məlumat verilib.

Müraciətlər sosial təminat növlərinə hüququn müəyyən olunması, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, pensiya və müavinət, sosial xidmət, sosial sığorta münasibətləri, fərdi uçot sistemi, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. Vətəndaşlar bu sahələrlə bağlı əsasən sorğularını ifadə ediblər və müraciətlərin 96,7 faizi belə sorğulardan ibarət olub.

SMS-məlumatlandırma xidməti də davam etdirilib və ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 70 328 SMS göndərilib.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - Çağrı mərkəzləri tərəfindən 31 659 müraciətin cavablandırılması təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256