SOSİUM

İdxalda qida, ixracda neft lider olub
23 FEVRAL
256

İdxalda qida, ixracda neft lider olub

2018-02-23 14:07:00

Bu ilin yanvar ayında ölkəyə 99 210.17 dollar yeyinti məhsulları idxal olunub. 

Gömrük Komitəsindən verilən məlumata görə, yeyinti məhsulları idxalın 14 faizini təşkil edib.

Ölkəyə 3 011.33 ton ət, 25 793.39 ton meyvə tərəvəz idxal olunub. 

İxracın 84.22 faizini xam neft təşkil edib. Bir ayda Azərbaycan 1 811 648.84 ton neft ixrac edib. Qaz ixracı ümumi ixracın 2.19 faizinə bərabər olub. Qeyri-neft məhsullarından ixracın strukturunda meyvə, tərəvəz və çay üstünlük təşkil edib.

Ümumilikdə idxalın həcmi yanvar ayında 688 625.61 min dollar təşkil edib. 4 623 ədəd mal çeşidi idxal olunub. İxrac əməliyyatları 1 038 707.23 min dollar təşkil edib. Ölkədən 922 adda məhsul göndərilib.  

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256