SOSİUM

Bakıda 1-ci sinfə qəbul olunan uşaqların – SAYI AÇIQLANDI
23 FEVRAL
227

Bakıda 1-ci sinfə qəbul olunan uşaqların – SAYI AÇIQLANDI

2018-02-23 13:53:00

“Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin övladları üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur. Məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər”.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, paytaxtda www.mektebeqebul.edu.az elektron sistemi dünən işə düşən an məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşaq avtomatik I sinfə qəbul edilib: “Sistem tərəfindən avtomatik sorğu yerləşdirildiyi üçün həmin valideynlər, növbəti mərhələdə şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim etməlidir. Yalnız valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbi və ya müəllimi dəyişmək istəyərsə, şəxsi kabinetə daxil olaraq, yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri sadəcə, I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməli olduqlarını unutmasınlar. Müvafiq sənədlər iyunun 20-dək məktəbə təqdim olunmalıdır”.

BŞTİ 2018-2019-cu dərs ili üçün Bakı şəhərindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində məktəbəhazırlıq qruplarına getməyən uşaqların valideynlərini fəal olmağa çağırıb.

I sinfə qəbulla bağlı ətraflı məlumatı bu keçiddən -http://edu.gov.az/az/page/522/14670 öyrənmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279