SOSİUM

Yanvarda Azərbaycanda ictimai iaşə dövriyyəsi 3,5 faiz artıb
23 FEVRAL
100

Yanvarda Azərbaycanda ictimai iaşə dövriyyəsi 3,5 faiz artıb

2018-02-23 10:19:00

Bu ilin yanvar ayında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artaraq 97,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 39,9 milyon manat olub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279