SOSİUM

Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara qəbul imtahansız olacaq
21 FEVRAL
399

Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara qəbul imtahansız olacaq

2018-02-21 14:00:00

2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə və Abşerondakı lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək.

Fins.az məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva deyib.

O bildirib ki, Bakıda isə lisey və gimnaziyalara 1-ci sinfə qəbul zamanı ilk növbədə həmin müəssisənin xidməti ərazilərində rəsmi qeydiyyatda yaşayan uşaqlar qəbul ediləcəklər. Lisey və gimnaziyaların xidməti ərazilərində yaşayan uşaqlar həmin müəssisələrə müsabiqəsiz, yəni imtahansız qəbul olunurlar. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə məktəbə müsabiqə ilə qəbul olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255