SOSİUM

94 nəfərin Azərbaycana girişi məhdudlaşdırıldı
15 FEVRAL
264

94 nəfərin Azərbaycana girişi məhdudlaşdırıldı

2018-02-15 15:46:00

Yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanda miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1635 qərar qəbul edilib.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, 2018-ci ilin yanvar ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1635 qərar qəbul edilib. Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 1052 qərar qəbul edilib ki, onlardan 865-i ölkəni tərk etmələri barədə, 187-si ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub. Ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 433, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 94, müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı 25, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 31 qərar qəbul edilib.

2018-ci ilin yanvar ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 55962 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınıb.

Ay ərzində DMX-nin “Çağrı mərkəzi”nə 8625 zəng daxil olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253