SOSİUM

USAID 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir
13 FEVRAL
211

USAID 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir

2018-02-13 12:29:00

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2018-ci ildə Azərbaycana maliyyə yardımını azaltmaq niyyətindədir.

Fins.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin dərc etdiyi Birləşmiş Ştatların xarici siyasət qurumunun 2018-2019-cu illər üzrə büdcə layihəsində göstərilib.

Belə ki, layihədə 2018 və 2019-cu illərdə Azərbaycanda hərbi təlimlərə və treninqlərə ayrılacaq vəsaitin həcminin 600 min dollar təşkil edəcəyi qeyd olunub. Xatırladaq ki, 2017-ci ildə isə ABŞ-dan analoji xərclər üçün alınan yardımın miqdarı 639 min dollar təşkil edib.

Bununla yanaşı, 2018 və 2019-cu illər üzrə Azərbaycanın hərbi maliyyələşdirilməsi nəzərdə tutulmayıb. Qeyd edək ki, 2017-ci ildə bu məqsədlə respublikaya 1 milyon dollar ayrılıb.

Eyni zamanda, ABŞ Dövlət Departamenti xətti ilə həyata keçirilən iqtisadi yardım proqramları üçün ABŞ 2019-cu ildə Azərbaycana 3 milyon dollar ayırmağı planlaşdırır. Əlavə edək ki, 2017 və 2018-ci illərdə bu istiqamətdə vəsait ayrılmayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254