SOSİUM

Dünya kuboku sabah Bakıda nümayiş etdiriləcək
08 FEVRAL
279

Dünya kuboku sabah Bakıda nümayiş etdiriləcək

2018-02-08 12:59:00

FIFA dünya çempionatı kubokunun sabah Azərbaycana gətiriləcəyi və bununla əlaqədar olaraq saat 11:00-da 1998-ci ilin futbol üzrə dünya çempionu Kristyan Karanbönün mətbuat konfransı keçiriləcəyini xəbər vermişdik. 

Fins.az xəbər verir ki, kubokun Bakıda şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsinin vaxtı bəlli olub.

Kuboku futbol azarkeşləri “Gənclik Mall” ticarət mərkəzində, saat 13:00-dan 19:00-dək yaxından görmək imkanı əldə edəcək.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253