SOSİUM

Millət vəkili əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmasını təklif edib
07 FEVRAL
107

Millət vəkili əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmasını təklif edib

2018-02-07 14:20:00

“Bu gün əlilliyi olan şəxslərin ən ciddi problemlərindən biri onların işə düzəlməsi ilə bağlıdır”.

Fins.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, əlillərin işlə təmin olunması ilə bağlı ya onlar üçün ayrıca məşğulluq kvotası bərpa edilməli, ya da əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmalıdır.

“Bundan başqa, sahibkarlar I qrup əlillər üçün xüsusi iş yerləri yaratmalıdır. Eyni zamanda, əlillərin abilitasiyası (abilitasiya – əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılması) ilə bağlı məsələ dəqiqləşməlidir ki, bu proqramı kim və necə həyata keçirəcək. Mən istəyirəm ki, bu qanun deklarativ yox, işlək bir qanun olsun,” – deyə M. Quliyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300