SOSİUM

Dövlət qulluğunun test imtahanına qeydiyyat davam edir
06 FEVRAL
221

Dövlət qulluğunun test imtahanına qeydiyyat davam edir

2018-02-06 12:22:00

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 fevralda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

İmtahanda iştirak etmək etmək üçün qeydiyyat fevralın 11-dək davam edəcək.

Qeyd olunub ki, 6 fevral saat 11:45-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 141, BB vəzifə qrupu üzrə 396 nəfər olmaqla, ümumilikdə 537 nəfər qeydiyyatdan keçib.

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258