SOSİUM

3,9 min nəfər peşə kurslarına cəlb edilib
08 YANVAR
173

3,9 min nəfər peşə kurslarına cəlb edilib

2018-01-08 14:05:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması sahəsində tədbirlərin davamı olaraq, 2017-ci ildə əvvəlki illə müqayisədə 209 nəfər və ya 5,6 faiz çox-3 911 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Fins.az-a verilən məlumata görə, onlardan 3 561 nəfər, o cümlədən 82 nəfər əlil üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 350 gənc peşə təliminə qəbul edilib.

Ümumilikdə ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərdən 432 nəfərini əlilliyi olanlardan ibarət olub. Kurslarda əməliyyatçı mühasib, inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, kompüter istifadəçisi, qənnadçı, dərzi, arıçı, xalçaçı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər və s. peşələr öyrədilib. Peşələrin daha asan və optimal şəkildə öyrədilməsi üçün tədris prosesində modul təlim proqramlarından istifadəyə də geniş yer verilib.

Gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə peşəyönümü tədbirləri ötən il də davam etdirilib. 2017-ci ildə Dövlət Məşğulluq Xidmətinin əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil etdiyi peşəyönümü tədbirlərində 105,3 min nəfər gəncə əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar və peşəyönümü məsləhətləri verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273