SOSİUM

Sarı it ili
01 YANVAR
674

Sarı it ili

2018-01-01 18:00:00

Məlum olduğu kimi 2018 ci il sarı İt işarəsi altında keçəcək.Şərq ulduzu falı gərginliklə bərabər nisbətən sakit və təmkinli il olacağını vəd edir,əslində sürətli və böyük narahatlıq gətirməyən il olacaq.İt şərqdə günəşin doğması rəmzidir,onun həyat prioriteti sevinc,qələbə və yeni zirvələr fəth etmək üzərində qurulub.Eyni zamanda it-ev heyvanıdır və əsas diqqəti ailə və ev dəyərlərinə yönləndirmək üçün üçün bizi kökləyir.Yeni ilin hər bir kəsə uğur gətirməsini arzulayırıq. Astroloqlar İt ilinin bizim hamımız üçün çox uğurlu olacağını proqnozlaşdırır. İt əməksevər və inadlı, eyni zaman ədalətli insanları sevir. Bu səbəbdən də hər kəs öz mükafatını alacaq, sözsüz ki, layiq olduğu...

Çinlilərin inanclarına görə, it ehtiyacı olanların imdadına yetişən ağıllı və düzgün heyvanır. O, sülhsevərdir, bununla belə günahkarları da cəzalandırır. Ən vacibi isə 2018-ci ildə həm özünə, həm də başqalarına qarşı vicdanlı olmalısan. Çünki İt xəbərçi və ikiüzlü insanlardan nifrət edir. Əgər, sizin haqqınızda söz gəzdirirlərsə, arxayın olun ki, 2018-ci ildə bütün mənfi enerjilər onu yayanlara tərəf qayıdacaq. Bütövlükdə isə Şərq təqviminə görə, bütün zodiak işarələri üçn üçün bu il sakit və xoşbəxt olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276