SOSİUM

"ASAN xidmət” mərkəzləri 4 gün işləməyəcək
27 DEKABR 2017
374

"ASAN xidmət” mərkəzləri 4 gün işləməyəcək

2017-12-27 14:35:00

 "ASAN xidmət” mərkəzləri 4 gün işləməyəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Fins.az-a bildirib ki, bütün "ASAN xidmət” mərkəzlərində dekabrın 31-i, yanvarın 1, 2, 3-ü qeyri-iş günü olacaq.

Məlumata görə, yanvarın 4-dən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258