SOSİUM

Səlim Müslümov: “Gələn il bir ailəyə düşən ünvanlı sosial yardım 175 manata çatacaq”
01 DEKABR
398

Səlim Müslümov: “Gələn il bir ailəyə düşən ünvanlı sosial yardım 175 manata çatacaq”

2017-12-01 17:53:00

“Dövlət büdcəsi sosialyönümlüdür. Cənab Prezidentin tapşırığı ilə ehtiyac meyarının həddi 116 manatdan 130 manata qaldırıldı. Bu da Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin bir ailəyə düşən orta aylıq məbləğinin 14 manat artmasına gətirib çıxaracaq. Bu da gələn il bir ailəyə düşən məbləğin 175 manata çatmasına səbəb olacaq”. 

Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, bu bir daha dövlət başçısının diqqətinin sosial problemlərin həllinə yönəldiyini göstərir: “Büdcə müzakirəsindən sonra edilən dəyişiklik sosial xarakter daşıyır. Növbəti ildə əhalinin aztəminatlı təbəqəsinin sosial ödənişləri, müxtəlif sosial müavinətlərlə və ünvanlı sosial yardımla təmin olunması diqqət mərkəzində olacaq. Artırılan məbləğin onlara çatdırılmasına problem olmayacaq”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288