SOSİUM

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
29 NOYABR 2017
645

Yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq

2017-11-29 12:38:00

Bakı və Abşeron yarımadasında noyabrın 30-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. 

Mülayim şimal küləyi əsəcək. 

ETSN-dən Fins.az-a verilən məlumata görə, havanın temperaturunun gecə  2-5° isti, gündüz  8-11° isti, Bakıda gecə  3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. 

Atmosfer  təzyiqi  normadan yüksək 765  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. 

Nisbi  rütubət  75-85 % olacaq.  

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda  sulu qar, qar yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə  0-5° isti, gündüz  7-11° isti, dağlarda gecə 3-8° şaxta,  gündüz  1-6° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277