SOSİUM

Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb
23 OKTYABR
202

Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb

2017-10-23 16:43:00

Bu il ərzində Azərbaycanda seysmik baxımından aktiv olan zonaların adları açıqlanıb. Fins.az-ınxəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası  Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2017-ci ildə seysmik aktiv ərazilər Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi ərazisi olub. 

Q.Yetirmişli qeyd edib ki, bu il yanvarın 1-dən oktyabrın 22-dək Azərbaycan və ona bitişik ərazilərdə 5051 zəlzələ baş verib. Onun sözlərinə görə, ötən müddət ərzində yalnız Azərbaycan ərazisində 3107 təkan qeydə alınıb ki, onlardan da 22-si hiss edilib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285