SOSİUM

Bu rayonda 331,7 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub
17 OKTYABR
139

Bu rayonda 331,7 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub

2017-10-17 19:07:00

Nizami Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin foyesindəki büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında dövlətimizin başçısının proqram xarakterli nitqində vurğulanmış önəmli məsələlər və görülən işlər barədə ətraflı məlumat verib.

A.Qasımov cari ilin iyul ayında məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirildiyini, avqust ayında rayonda yeni özəl uşaq bağçasının açıldığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli qərarı ilə rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikintisi üçün pilot layihənin uğurla davam etdiyini diqqətə çatdırıb.

Daha sonra rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2017-ci ilin doqquz ayında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.

İ.Mehdiyev rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 331,7 milyon manat dəyərində sənaye məhsulunun istehsal olunduğunu, istehsal olunmuş məhsulun 99.6 faizinin istehlakçılara göndərildiyini, ixrac olunmuş malların dəyərinin 11.5 milyon manat təşkil etdiyini bildirib.

İ.Mehdiyev hesabat dövründə rabitə sahəsində 274,8 milyon manat, nəqliyyat sahəsində isə 96,2 milyon manat dəyərində xidmətlər göstərildiyini, rayonda 3233 yeni iş yerinin açıldığını vurğulayıb.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxışında respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutduğunu, Azərbaycanın nüfuzunun günü-gündən artığını, digər MDB ölkələri ilə müqayisədə ölkəmizdə daha çox beynəlxalq tədbirlərin keçirildiyini, ümumilikdə ölkədə inkişafın göz qabağında olduğunu söyləyib. Eyni zamanda, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə fikrini söyləyib, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnun olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285