SOSİUM

Büro: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək
13 OKTYABR 2017
446

Büro: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək

2017-10-13 10:12:00

“Azərbaycanda növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabrın 14-15-də temperatur 2-3 dərəcə artacaq: “Hazırda müşahidə olunan hava şəraiti oktyabrın 13-ü axşam saatlarına qədər davam edəcək. Ayın 14-ü səhər saatlarından ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir”.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301