SOSİUM

Türkiyədəki səfir və NATO yanında Nümayəndəliyinin başçısı geri çağırıldı
12 SENTYABR
314

Türkiyədəki səfir və NATO yanında Nümayəndəliyinin başçısı geri çağırıldı

2017-09-12 18:14:00

Xəzər İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.

Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.  

Sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılsın”.

Prezidentin imzaladığı digər sərəncamla Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294