SOSİUM

Buludlu hava olacaq
11 SENTYABR
196

Buludlu hava olacaq

2017-09-11 12:56:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 12-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 14-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287