SOSİUM

Ötən ay Təhsil Nazirliyinə 26 728 müraciət daxil olub
06 SENTYABR
126

Ötən ay Təhsil Nazirliyinə 26 728 müraciət daxil olub

2017-09-06 11:47:00

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Fins.az bildiriblər ki, ötən ay həmin mərkəzlərə ümumilikdə 26 728 müraciət daxil olub.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlər əsasən sorğu xarakterli olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 283 sənəd (804 ərizə, 459 məktub, 20 digər sənəd) qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0296
  • ₽ RUB
    0.0295