SOSİUM

Dövlət Bayraq Meydanında Festival keçiriləcək – GİRİŞ PULSUZ
23 AVQUST
268

Dövlət Bayraq Meydanında Festival keçiriləcək – GİRİŞ PULSUZ

2017-08-23 09:10:00

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyi və Bulvar İdarəsinin birgə dəstəyi ilə ölkədə ilk dəfə baş tutacaq “Sağlam Azərbaycan Festivalı”Dövlət Bayraq Meydanında “keçiriləcək. Bu barədə Sağlam Azərbaycan Festivalının təşkilatçısı Nigar Məmmədova bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib. Bildirib ki, Festivalın açılış mərasimi üçün Dövlət Bayraq meydanının seçilməsi təsadüfi deyil:

Biz qərara gəldik ki, ölkədə ilk dəfə keçiriləcək “Sağlam Azərbaycan Festivalı” daha çox insana açıq olsun. Buna görə də Dövlət Bayraq Meydanı seçildi ki, bu ərazi ölkəmizi gəzməyə gələn qonaqlara, turistlərə daha yaxşı tanışdır. Festivalda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələri, sağlam həyat tərzinə çağıran vegan mədəniyyəti də təqdim olunacaq. Məqsədimiz yerli əhali və turistlətə sağlam həyat tərzini aşılamaqdır. Festival iştirakçıları təqdim olunan bütün xidmətlərdən ödənişsiz istifadə edə biləcəklər.”

Mətbuat konfransında “Sağlam Azərbaycan Fsetivalı”nında proqramı da açıqlanıb. Bildirilib ki, məhz bu festival üçün Azərbaycana Ukraynadan aşpaz Konstantin Stolyarov dəvət olunub. O, festival iştirakçıları üçün dadlı vegeterian yeməkləri bişirib təqdim edəcək. Əcnəbi şirniyyatçı qizlar da festivala öz təamları ilə rəng qatacaq.

Festival çərçivəsində böyüklər üçün VEGAN yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün özünü müdafiə dərsləri, “Happy starts”, gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4x4, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatrStreet ArtStreet boll və “Lektoriy” maarifləndirici mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı yaradacaq.

Festivalda böyüklərlə yanaşı balacalar üçün də zəngin və əyləncəli proqram nəzərdə tutulub.Balacalar üçün rəqs, yoqa, kapoeyra (capoeira) dərsləri,Face art və karikatura master klassları, maarifləndirici oyunlar keçiriləcək. Uşaqları şar bağlayan və sehrbazla yanaşı animatorlar əyləndirəcək.

Sağlam Azərbaycan Festivalı”nın maraqlı məqamlarından biri də insanlar üçün təşkil olunan pulsuz həkim müayinələridir. Belə ki, festivala qatılanlar müxtəlif sahələrdə ixtisaslaşmış həkimlər tərəfindən müayinə edilərək, məsləhət almaq imkanı qazanacaqlar.

Dövlət Bayraq Meydanında gerçəkləşəcək Sağlam Azərbaycan Festivalının açılış mərasimi 25 avqust saat 11:00-da baş tutacaq. 3 gün davam edəcək (25,26,27avqust) festivala giriş pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293