SOSİUM

Temperatur 42°C olacaq
08 AVQUST
323

Temperatur 42°C olacaq

2017-08-08 12:38:00

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN)  verilən məlumata görə, zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 25-28° isti, gündüz  37-42° isti, Bakıda gecə  26-28° isti, gündüz  39-41° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  758  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  35-45 % olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  29-30°, Türkan, Hövsan, Sahil, Şıxda  30-31° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Qərb küləyi  axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27°, gündüz 38-43° isti, dağlarda gecə 16-21°, gündüz  29-34° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296