SOSİUM

Dövlət İmtahan Mərkəzi nə qədər qazandı?
17 İYUL
617

Dövlət İmtahan Mərkəzi nə qədər qazandı?

2017-07-17 14:08:00

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 14-də ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarında 32 945 abituriyent iştirak edib. 

Fins.az xəbər verir ki, əvvəlcədən iştirak etmək üçün ərizə vermiş 34 042 abituriyentdən 1 097 nəfəri imtahana gəlməyib.
Maraqlıdır, DİM bu imtahandan nə qədər vəsait əldə etdi? 

Qeyd edək ki, imtahanlarda iştirak etmək pulludur və bu, adambaşına 40 manat təşkil edir. Əgər imtahanda iştirak etmək üçün ərizə verənlərin sayını nəzərə alsaq, onda DİM-in bu prosesdən nə qədər vəsait əldə etdiyini hesablaya bilərik.

Beləliklə, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün 34 042 abituriyent ərizə vermişdi. Deməli, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanlarından 1 milyon 361 min 680 manat vəsait əldə edib.

Bu həftə I və IV ixtisas qrupları üzrə də qəbul imtahanları keçiriləcək.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan özünümaliyyələşdirmə üçün imtahanların təşkilini pullu həyata keçirir. 

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285