SOSİUM

Türkiyəli iş adamları ermənilərin təxribatını pislədi
10 İYUL
302

Türkiyəli iş adamları ermənilərin təxribatını pislədi

2017-07-10 13:01:00

“Ermənistanla davam edən münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına böyük məbləğdə zərər dəyib. Bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) idarə heyətinin sədri Ali İhsan Genç iyulun 4-də ermənilərin açdığı atəş nəticəsində dinc sakinlərin - 3 yaşlı körpə Zəhranın və onun nənəsinin qətlinə münasibət bildirərkən deyib. Son hadisəni Ermənistanın Azərbaycana və onun xalqına qarşı uzun illərdən bəri apardığı soyqırım siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

“Təəssüfləndirici haldır ki, bütün bunlar dünya ictimaiyyətinin, planetimizdə sülh və sabitliyi qorumalı olan beynəlxalq birliyin, təşkilatların və iri dövlətlərin gözü qarşısınıda baş verir. Belə təşkilatların ədalətli qərarları və tələbləri isə Ermənistan tərəfindən qulaqardına vurulur. Bütün bunlara baxmayaraq qardaş Azərbaycan xalqı və dövləti torpaqlarının işğalı ilə barışmır və haqq işini davam etdirir”.

A.İ.Genç bildirib ki, sıralarında Azərbaycanda çalışan türk iş adamlarını birləşdirən «Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi»nin (TÜİB) bəzi üzvləri artıq 20 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərərək ölkənin iqtisadi inkişafına və möhkəmlənməsinə töhfə verirlər.

“Bu dövrdə Azərbaycan bizim ikinci ana Vətənimizə çevrilib. Böyük öndər, müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün sözləri ilə desək: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

TÜİB sədri Ermənistanın bu xain və təxribat əməllərini şiddətlə qınayıb və Azərbaycana dəstək olduqlarını bəyan edib:

“TÜİB olaraq həlak olan qardaş-bacılarımızın yaxınlarına Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqının yanında və onun bir hissəsiyik.

Ötən ilin aprelindəki döyüşlərdə Azərbaycan ordusunun rəşadəti ilə torpaqların bir hissəsinin – Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ermənilərdən azad edilməsi və orada yeni həyatın başlanması üçün aparılan işləri böyük sevinclə izləyirik.

Əminik ki, Azərbaycanın haqq işi uğrunda apardığı mücadilə uğurla başa çatacaq. Şəhidlərimizin intiqamı alınacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, qardaş-bacılarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285