SOSİUM

Bu rayonlarda üç gün qaz olmayacaq
10 İYUL
1208

Bu rayonlarda üç gün qaz olmayacaq

2017-07-10 09:47:00

 Bu gündən iyulun 12-nə qədər Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. 

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyət diametri 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində aparılan təmir işləri ilə əlaqədardır.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293