SOSİUM

Dövlət qulluğunda çalışanlar hər 5 ildən bir attestasiyadan keçəcək
19 İYUN
2074

Dövlət qulluğunda çalışanlar hər 5 ildən bir attestasiyadan keçəcək

2017-06-19 14:17:00

“Dövlət qulluğunda işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
M. Abbaszadə əlavə edib ki, attestasiya imtahanı işə qəbul imtahanı ilə eyni səviyyədə olan bir imtahandır: “Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək. Şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda belə şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidir. Vakant yer yaranıbsa, mütləq elan olunmalıdır. “Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” fikri doğru deyil. Vakansiyaların elan olunması icra orqanlarının rəhbərlərinin ixtiyarındadır”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288