SOSİUM

Bakı funikulyoru fəaliyyətini nə vaxt bərpa edəcək?
23 NOYABR
278

Bakı funikulyoru fəaliyyətini nə vaxt bərpa edəcək?

2016-11-23 18:30:00

Bir neçə aydır fəaliyyətini dayandıran Bakı funikulyoru hələ də xidmət göstərmir.

Fins.az-ın verdiyi məlumata görə, Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib ki, qurğunun çalışmaması texniki məsələdir və xarab olan hissənin gətirilməsini gözləyirik:

"Xarab olmuş hissə gətirilən kimi funikulyorun fəaliyyəti bərpa olunacaq".

Qeyd edək ki, Bakı funikulyoru 1960-cı ildən fəaliyyət göstərir və 2 stansiyası var. Stansiyalararası məsafə 455 metrdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru sonuncu dəfə 2012-ci il mayın 23-də əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275