SOSİUM

Azərbaycanda 102 tələbəyə təhsil krediti veriləcək
11 NOYABR
314

Azərbaycanda 102 tələbəyə təhsil krediti veriləcək

2016-11-11 17:46:00

Azərbaycanda tələbələrə təhsil kreditlərinin verilməsi üçün “Maarifçi” Tələbə Kredit Fondunun növbəti elan sessiyası artıq başa çatıb.

Fonddan bildirilib ki, 1-31 oktyabr tarixli ikinci elan sessiyasına 12 universitetdən 121 tələbə müraciət edib və 80 təhsil krediti müqaviləsi imzalanıb. Universitetlər tərəfindən təqdim olunmuş yerlərin sayına əsasən fond seçim meyarlarına uyğun olan tələbələrlə təhsil krediti müqaviləsi imzalayır. Bu il üzrə tələbələr üçün iki elan sessiyası (I elan sessiyası 3 - 25 iyun, II elan sessiyası isə 1 - 31 oktyabr) keçirilib. Ümumilikdə bu il müraciətlər seçim meyarlarına əsasən dəyərləndirilərək 102 təhsil krediti müqaviləsi imzalanıb.

Təhsil kreditləri üçün fondun əməkdaşlıq etdiyi bütün universitetlərdən tələbələr müraciət edib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272