SOSİUM

Sabah hava necə olacaq - HAVA PROQNOZU
09 NOYABR
364

Sabah hava necə olacaq - HAVA PROQNOZU

2016-11-09 11:48:00

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxtda bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12 dərəcə isti, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270