SOSİUM

Korrupsiya xəbərini verənlər qorunacaq - FƏRMAN
08 NOYABR
1915

Korrupsiya xəbərini verənlər qorunacaq - FƏRMAN

2016-11-08 07:17:00

Prezident İlham Əliyev noyabrın 7-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı Qanunu təsdiqləyib. Dəyişikliklər qanunu 11-1 və 11-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutur.

Korrupsiya haqda məlumat vermə proseduru

Qanuna əlavə edilən 11-1-ci maddə korrupsiya faktları ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə prosedurunu nəzərdə tutur. Əlavəyə görə, korrupsiya faktları ilə bağlı bilgiləri hər bir şəxs yazılı, elektron və ya şifahi formada verə bilər. Dövlət və bələdiyyə orqanları rəhbərləri həmin qurumlardakı korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsindən ötrü struktur bölmə müəyyən etməlidir. Korrupsiya ilə üzləşən işçilər bununla bağlı həmin struktur bölmələri məlumatlandıra bilərlər. Məlumatı alan vəzifəli şəxs onu qeydə almalı, 20 iş günü müddətində araşdırma aparmalı və nəticəsini məlumat ötürənə bildirməlidir.

Korrupsiyanı xəbər verənin qorunması

Qanuna əlavə edilən 11-1-ci maddə isə korrupsiya faktı ilə bağlı bilgi verənlərin dövlət müdafiəsi ilə bağlıdır. Məlumat verən şəxs özü istəmirsə, səlahiyyətli struktur, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Bu bilgi yalnız korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlana biləcək.

Korrupsiya ilə əlaqədar məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq.

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik bu il aprelin 14-də qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275