SOSİUM

Milli film istehsalçıları gömrük rüsumundan azad edilir
01 NOYABR
159

Milli film istehsalçıları gömrük rüsumundan azad edilir

2016-11-01 14:27:00

Azərbaycanda kino çəkilişi üçün idxal olunacaq texniki avadanlıqlar və digər ləvazimatlar gömrük rüsumlarından və vergilərdən azad edilir.

Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. “Gömrük tarifi haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 20.0.20 maddəsinə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad edilir. 

Vergi Məcəlləsinə əlavəsi planlaşdırılan 106.1.18-ci maddəyə görə, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.  

164.1.36-cı milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilir. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Mənbə: APA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271