SOSİUM

Maliyyə sektorunda işləyənlərin sayı azalıb – STATİSTİKA
19 OKTYABR
324

Maliyyə sektorunda işləyənlərin sayı azalıb – STATİSTİKA

2016-10-19 14:38:00

Azərbaycanda maliyyə və sığorta sektorunda fəaliyyət göstərən müəssisə və təşkilatların sayı azalıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata əsasən, 2016-cı il oktyabrın 1-nə onların sayı 1 545-ə enib. Maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan müəsisə və təşkilatların cəmi təsərrüfat subyeklərində xüsusi çəkisi 1,5% təşkil edib.

Kommersiya təşkilatlarının sayında da azalma müşahidə edilib. Oktyabrın 1-nə onların sayı 1 513 ədədə enib.

İlin əvvəli ilə müqayisədə müəssisə və təşkilatların sayında 2,9% azalma qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında maliyyə və sığoirta fəaliyyəti ilə məşğul olan 70 ədəd yeni müəssisə və təşkilat yaradılıb. 117 qurum isə ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272