SOSİUM

Özəl uşaq bağçalarının maksimum qiyməti təklif olundu
18 OKTYABR
209

Özəl uşaq bağçalarının maksimum qiyməti təklif olundu

2016-10-18 11:11:00

Azərbaycanda ödənişli uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi təklif olunur.

Fins.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli çıxış edib. 

O, iclasda müzakirə olunan yeni hazırlanmış və ilk oxunuşda təqdim olunan “Məktəbə qədər təhsil haqqında” qanuna bu məsələnin salınmasını istəyib.

Komitə sədri maksimum ödəniş həddinin 500 manat olmasını təklif edib: “Amma bu bizim düşündüyümüz variantdır. Bununla bağlı başqa uyğun təklif olarsa, o təklifi də dəyərləndirə bilərik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275