SOSİUM

Maaşlar manatla artıb, dollarla azalıb
11 OKTYABR
635

Maaşlar manatla artıb, dollarla azalıb

2016-10-11 14:22:00

2016-cı ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 488,7 manat olub. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, iqtisadiyyatın bəzi sektorlarında əmək haqqı daha çox olub. Belə ki, mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, tikinti sahəsində çalışanlar yüksək əmək haqqı ala bilib. Eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Qeyd edək ki, dolların bahalaşması ilə işləyən vətəndaşların aldıqları əmək haqlarını da ucuzlaşdırıb. Belə ki, yanvar- avqust ayları üçün DSK-nın açıqladığı orta aylıq əmək haqqı cəmi 305 dollar edir. 2016-cı il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 520,2 min nəfər olub.

Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, onlardan 887,8 min nəfəri dövlət sektorunda, 632,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 22 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272