SOSİUM

Sabahkı sərgidə iş təklifi də olacaq – ŞİRKƏTLƏR
06 OKTYABR
1080

Sabahkı sərgidə iş təklifi də olacaq – ŞİRKƏTLƏR

2016-10-06 17:25:00

Xəbər verildiyi kimi, sabah, oktyabrın 7-də Bakı Ekspo Mərkəzində Təhsil və Karyera sərgisi işə başlayacaq. Sərgidə Azərbaycanda və xaricdə təhsil, eləcə də karyera ilə bağlı imkanlar nümayiş etdiriləcək.

Sərgidə müxtəlif ölkələrdən 100-dən artıq şirkət, universitet, məktəb, və başqa təhsil təşkilatları iştirak edəcək.

Sərgi təşkilatçıları fins.az-a bildirib ki, sərgiyə gələn ziyarətçilər burada iş təklifləri də alacaqlar. Belə ki, «Karyera» sərgisində iştirakçılar arasında “Gilan Holding”, SOCAR, SOCAR AQS, “Azərsun”, Baku Sea Port və digər şirkətlər ziyarətçilərə vakansiyalarını təqdim edəcəklər. Burada şirkətlər öz tədris kurslarını datəqdim edəcəklər. İştirakçılar həmin kurslara yazılaraq orada öz ixtisaslarını təkmilləşdirə və ya yeni ixtisas öyrənə bilərlər. Bundan sonra onlar şirkətlərdəki vakansiyalara yerləşdirilə bilərlər. “Təhsil” və “Karyera” Sərgiləri öz işini oktyabr ayının 9-na kimi davam etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275