SOSİUM

Arbitrlər memorandum imzaladı
30 SENTYABR
112

Arbitrlər memorandum imzaladı

2016-09-30 13:57:00

Arbitraj məhkəmələrinin fəaliyyəti Azərbaycan iqtisadiyyatına sərmayə qoyan xarici investorların iqtisadi və mülki hüquqlarının səmərəli müdafiəsinə təminat verir. Fins.az xəbər verir ki, bu fikirləri Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (ABKAM) idarə heyətinin sədri Gündüz Kərimov “Beynəlxalq Arbit raj Azərbaycanda xarici investisiyaların təşviqi vasitəsi kimi” adlı konfransda səsləndirib.

Bildirib ki, bu xidmət Azərbaycanda xarici investor üçün əlverişli hüquqi mexanizmlərin yaranmasının göstəricisidir. AmCham-ın icraçı direktoru Natəvan Məmmədova isə qeyd edib ki, arbitlərin seçilməsinin sərbəst olması, işin çeviklik və qənaət prinsipləri üzərində qurulması bu sistemin üstünlüyüdür: “Məhkəmələrdə tərəflərin öz hakimini seçmək imkanı yoxdur. Arbitraj məhkəməsində

isə əksinə, tərəflərin arbitr funksiyalarını yerinə yetirmək qabiliyyəti olan istənilən şəxsi arbitr seçmək hüququ var. Bu da mübahisə predmeti üzrə yüksək ixtisaslı, tərəflərin razılaşa biləcəyi nüfuzlu şəxsin mübahisənin həllinə cəlb etməyə imkan verir”. Sonra ABKAM və AmC ham arasında və ABKAM və Rusiya Arbitraj Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272