SOSİUM

Dolu yağacaq – XƏBƏRDARLIQ
27 SENTYABR
527

Dolu yağacaq – XƏBƏRDARLIQ

2016-09-27 12:55:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında   sentyabrın 28-dən 29-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, sentaybrın 29-da şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 28-dən oktyabrın 02-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272