SOSİUM

Sumqayıtda iki yeni məktəb – AÇILDI
27 SENTYABR
336

Sumqayıtda iki yeni məktəb – AÇILDI

2016-09-27 11:31:00

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib. 

Fins.az-ın məlumatına görə, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur. 

Həmçinin, İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında da iştirak edib.

Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.

Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271