SOSİUM

Sabaha olan - HAVA PROQNOZU
21 SENTYABR
338

Sabaha olan - HAVA PROQNOZU

2016-09-21 13:02:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında                                    
Sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 23-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında
Sentyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274