SOSİUM

Zığda sürüşmənin aktivləşməsinin – SƏBƏBLƏRİ
20 SENTYABR
180

Zığda sürüşmənin aktivləşməsinin – SƏBƏBLƏRİ

2016-09-20 15:18:00
“Zığda sürüşmə prosesinin aktivləşməsi sırf atmosfer yağıntılarının təsiri ilə əlaqəli deyil, sürüşmənin aktivləşməsinə səbəb tektonik amillərdir. Çünki Zığdan tektonik qırılma zonası keçir. Bu proses dayanmayacaq, əksinə davam edəcək”.
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Zığda tektonik qırılmanın üzərində yerləşən bütün evlərdə çatlar əmələ gəlib: “Yaxşı olar ki, tektonik qırılmanın üzərində evlər, fabriklər, emal sexləri tikilməsin. Hətta Yeni Günəşlidən Zığ istiqamətində tektonik qırılma zonasının üzərinə hündürmərtəbəli binalar tikilib. Hazırda ərazidə tərəfimizdən müşahidələr aparılır, reperlər quraşdırılıb. Zığda layların yatımı dənizə tərəf, Köhnə Günəşli istiqamətindədir. Sürüşmələr də əks tərəfə baş verir ki, bu da relyefin, yamacın mailliyindən əmələ gəlir”. 
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272