SOSİUM

Çaylarda daşqın təhlükəsi gözlənilir-AÇIQLAMA
20 SENTYABR
131

Çaylarda daşqın təhlükəsi gözlənilir-AÇIQLAMA

2016-09-20 10:54:00
"Azərbaycanda daşqın təhlükəsi var".
 
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, ölkə ərazisində intensiv yağışlar davam edərsə, daşqınlar qaçılmazdır. Onun sözlərinə görə, daşqınlar əsasən, Böyük Qafqazın cənub yamacındakı Kişçay, Şinçay, Gümrükçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Qudyalçay, Vəlvələçay və Lənkəranın xırda çaylarında olacaq.
 
E.Əlizadə qeyd edib ki, bundan sonra sellərin olma ehtimalı azdır: “Çaylarda da hazırda gursululuq dövrüdür. Yağışlar uzun müddətli olsa, daşqınlar ola bilər”.
 
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270