SOSİUM

Lisenziya və icazələr üçün - VAHİD REYESTR YARADILDI
19 SENTYABR
306

Lisenziya və icazələr üçün - VAHİD REYESTR YARADILDI

2016-09-19 12:49:00

İqtisadiyyat Nazirliyi lisenziya və icazələrin vahid reyestrini aparacaq.

Nazirlər Kabineti “Lisenziyaların və icazələrin vahid reyestrinin aparılması Qaydası”nı təsdiq edib. Reyestr İqtisadiyyat Nazirliyi tərəfindən elektron formada aparılır.

Reyestrdə olan məlumatlar informasiya alınması məqsədi ilə dövlət hakimiyyəti orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər üçün açıqdır.

Reyestrdə olan məlumatlar sorğunun daxil olduğu tarixdən 5 iş günü ərzində nazirlik tərəfindən verilir.

Reyestrdən istifadə və reyestrdən məlumatların alınması ödənişsizdir.

Mənbə: İnterfaks-Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272