SOSİUM

Azərbaycanda əhalinin siyahıya alınma tarixi açıqlandı
07 SENTYABR
375

Azərbaycanda əhalinin siyahıya alınma tarixi açıqlandı

2016-09-07 18:40:00

Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında Fərman imzalayıb.

Fins.az xəbər verir ki, Fərmana əsasən Azərbaycanda əhalinin növbəti siyahıya alınması 2019-cu il oktyabrın 1-10-da keçiriləcək.

Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272