SOSİUM

İsmayıllını sel basdı
07 SENTYABR
373

İsmayıllını sel basdı

2016-09-07 16:08:00
Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
Fins.az-ın APA-ya istinadən xəbərinə görə, dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Məlumata görə, hazırda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272