SOSİUM

Doktorantura ödənişli olsun - TƏKLİF
07 SENTYABR
288

Doktorantura ödənişli olsun - TƏKLİF

2016-09-07 16:02:00

"Azərbaycan Milli Elmlər Akademiyasının məşğul olacağı sahibkarlıq fəaliyyəti növləri müəyyən edilməlidir. Çünki adi sahibkarlıqla elmi sahibkarlıq bir-birindən fərqlənir".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

İ.Həbibbəyli qeyd edib ki, "Elm haqqında" qanunun verdiyi imkanla artıq AMEA sahibkarlıq fəaliyyətinə uyğun öz imkanlarını genişləndirə bilər.

Onun sözlərinə görə, "Elm haqqında" qanunda AMEA dövlət ali elmi təşkilatı statusunda təsdiq edilib. Bu qanunla AMEA-ya elmi tədqiqat və istehsalat müəssisələri, müvəqqəti kollektiv, laboratoriya və hətta təhsil müəssisəsi yaratmağa imkan verilir. Qanunla AMEA-ya elmi ekspedisiyalara nəzarət etmək funksiyası verilib. İndiyədək isə AMEA elmi ekspedisiyalar təşkil edirdi, ona nəzarəti isə Mədəniyyət və Turizm Nazirliyi həyata keçirirdi.

İ.Həbibbəyli bildirib ki, AMEA-ya ilk dəfə olaraq, cəlb olunmuş investisiyalardan istifadə etmək hüququ verilib. Qanuna ilk dəfə olaraq, elmi rütbə anlayışı daxil edilib.

İ.Həbibbəyli bəzi universitetlərə tədqiqat universiteti statusunun veriləcəyini də söyləyib: "Tədqiqat mərkəzləri çox olan ali məktəblərə tədqiqat universiteti statusu veriləcək. Tədqiqat universiteti statusunun verilməsi meyarları AMEA tərəfindən müəyyən edilməlidir".

İ.Həbibbəyli əlavə edib ki, dövlət ali məktəblərində gələn ildən ödənişli əsaslarla da doktorantura yaradıla bilər.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270