SOSİUM

Qaz Emalı Zavodunda ekoloji problem aşkarlanıb
07 SENTYABR
132

Qaz Emalı Zavodunda ekoloji problem aşkarlanıb

2016-09-07 15:25:00
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan Qaz Emalı Zavodunun ərazisinə baxış keçirilərkən çoxlu metal tullantılarının və təmir olunan qurğunun yanında müxtəlif növ tullantıların olması, formalaşan bərk-məişət tullantılarının çeşidlənməməsi kimi ekoloji pozuntu hallarına rast gəlinib”.
 
Fins.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində öz əksini tapıb.
 
“Qaz Emalı Zavodunun ərazisində istehsalatda formalaşan tullantı sularının çökmə prosesi keçdikdən sonra təmizlənmədən Xəzər dənizinə axıdılması davam etdirilərsə, bu, dənizin daha da çirklənməsinə gətirib çıxara bilər” – deyə bülletendə qeyd olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272